"Dünyada inanmıram ki, hansısa məşqçi bunu xoşlamasın"

21 Noyabr 01:10 İngiltərə 373
"Dünyada inanmıram ki, hansısa məşqçi bunu xoşlamasın"

“Tottenhem”in baş məşqçisi təyin edilən Joze Mourinyo klub saytına açıqlama verib. Sportal.az xəbər verir ki, portuqaliyalı mütəxəssis xoşbəxt olduğunu deyib.

56 yaşlı mütəxəssis London klubu ilə 3,5 illik müqavilə imzalayıb: “Mübarizəyə başlamağı səbirsizliklə gözləyirəm. Daha öncə bu qədər sevinməmişdim. Hər zaman “Tottenhem”in yaxşı potensiala sahib olduğunu açıqlamışam.

Heyətdəki oyunçuların necə potensiala sahib olduğunu bilirəm. Avropadanın bütün klublarının hədəfində olan futbolçuları saxlamaq asan iş deyil. Buna görə də klubu təbrik etmək lazımdır. Həqiqətən də bu heyəti sevirəm.

Sizə hansısa futbolçunun adını xüsusi deməyəcəm, çünki mənim iş tərzimə uyğun deyil. Komandanın birliyini sevirəm. Hər məşqçi gənclərlə çalışmağı sevir. Dünyada inanmıram ki, hansısa məşqçi bunu xoşlamasın.

Gəncləri inkişaf etdirməyi hər kəs xoşlayır. “Tottenhem”in tarixinə baxanda bunu yaxşı bacardığını görürük. Yeni stadionumuz da çox gözəldir. Dünyanın ən yaxşı stadionlarından birinə sahibik”.

Xəbər Lenti
7 Dekabr 12:15 O gəlir, Şeydayev gedir
7 Dekabr 11:47 Sadio Mane - ən yaxşı
7 Dekabr 09:00 "Sumqayıt" "YOX" deyir