İngiltərədə ötən ayın ən yaxşı məşqçisi - LEMPARD

8 Noyabr 2019 18:19 İngiltərə 1 063
İngiltərədə ötən ayın ən yaxşı məşqçisi - LEMPARD

İngiltərə Premyer Liqasında oktyabrın ayının ən yaxşı baş məşqçisi müəyyənləşib.

Sportinfo.az yerli çempionatın rəsmi saytına istinadən xəbər verir ki, bu ada "Çelsi"nin çalışdırıcısı Frenk Lempard layiq görülüb. 41 yaşlı mütəxəssis sözügedən mükafat uğrunda mübarizədə Yurgen Klopp ("Liverpul"), Qrem Potter ("Brayton"), Brendan Rocers ("Lester") və Din Smiti ("Aston Villa") qabaqlayıb.

11 turdan sonra 23 xalla 4-cü pillədə yer alan "Çelsi" ötən ay Lempardın başçılığı altında Premyer Liqada keçirdiyi 3 oyununda hamısında qələbə qazanıb. London klubu "Sauthempton"u 4:1, "Nyukasl"ı 1:0 və "Börnli"ni 4:2 hesabı ilə məğlub edib.

Digər Xəbərlər
Xəbər Lenti