Pep Qvardiola yol polisinin ona parklama cəzası verməsindən sonra maraqlı addım atıb.
Sportinfo.az xəbər verir ki, "Mançester Siti"nin baş məşqçisi avtomobilini qoşa sarı xəttin üzərində saxladığı üçün qaydanı pozub.
Bu səbəbdən ispan mütəxəssisə cərimə yazılıb.
"Mançester Siti"də həftədə 379 min funt-sterlinq qazanan Qvardiola qanunsuz park etdiyi avtomobilinə qayıdarkən yol polisi ilə qarşılaşıb.
Kataloniyalı məşqçi onunla şəkil çəkdirmək istəyən qanun keşikçisinə "Şəkil çəkdirmək istəyirsən? Fotonun pulunu ödəməlisən!" - sözlərini söyləyib.

