“Liverpul”un yarımmüdafiəçisi Florian Virts İngiltərə Premyer Liqasında ilk qolunu vurub.
22 yaşlı futbolçu Premyer Liqada keçirdiyi 17-ci oyunda “Vulverhempton”un qapısına yol tapıb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı oyunçu son vaxtlar İngiltərə futbolunun yüksək intensivliyinə daha tez uyğunlaşmaq məqsədilə xüsusi məşq proqramı keçib.
Bu proses nəticəsində Virts təxminən iki kiloqram çəki də yığıb.
Mövsümün əvvəlində yarımmüdafiəçi özü də Premyer Liqaya uyğunlaşmasının çətin getdiyini etiraf etmişdi. Onun sözlərinə görə, bu liqanın oyun tempi Bundesliqadan xeyli fərqlənir.
Virts həmçinin, fiziki mübarizələrdə rəqiblərlə duellər üçün kifayət qədər güclü olmamasına görə tənqid olunurdu. Onun komandası “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.

