Portuqaliya millisinin və PSJ-nin yarımmüdafiəçisi Vitinya birlikdə işləmək istədiyi məşqçinin adını açıqlayıb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, hazırda “Mançester Siti”nin baş məşqçisi olan Pep Qvardiolanın adını çəkib:
“Mən Pep Qvardiolanı deyərdim. Onun oyun tərzi Luis Enrikenin (PSJ-nin baş məşqçisi) oyun tərzinə çox yaxındır.
Onların oxşar fəlsəfəsi var və bu, mənim üçün çox xoşdur. Ona görə də, onun rəhbərliyi altında oynamaq maraqlı olardı”.
Vitinya bu mövsüm 21 oyunda meydana çıxıb, 5 qol vurub və 7 məhsuldar ötürmə edib. O, 2025-ci ildə “qızıl top”un səsverməsində üçüncü yeri tutub.

