Meneceri Salahın gələcəyi ilə bağlı nə açıqlama verdi?

18:40 İngiltərə 111
Meneceri Salahın gələcəyi ilə bağlı nə açıqlama verdi?

“Liverpul”un hücumçusu Məhəmməd Salahın gələcəyi ilə bağlı agenti Rami Abbas açıqlama verib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, agent Salahın ya “Liverpul”da qalacağını, ya da Səudiyyə Ərəbistanı çempionatına keçid edə biləcəyini deyib.

33 yaşlı forvardın “qırmızılar”la müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir. O, cari mövsümdə İngiltərə Premyer Liqasında 14 oyuna çıxıb, 4 qol vurub və 3 məhsuldar ötürmə verib.

Misirli futbolçunun komandası “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.

Digər Xəbərlər
Xəbər Lenti