Onu özündən üstün tutdu: “Mənim belə səlahiyyətlərim yox idi”

10:00 İngiltərə 71
Onu özündən üstün tutdu: “Mənim belə səlahiyyətlərim yox idi”

“Mançester Yunayted”in sabiq yarımmüdafiəçisi Pol Skoulz özünü “Liverpul”un keçmiş futbolçusu Stiven Cerrardla müqayisə edib.

Sportinfo.az “The Touchline”-a istinadən xəbər verir ki, İngiltərə Premyer Liqası tarixində mövqelərinin ən yaxşı futbolçularından sayılan iki sabiq oyunçunun müqayisəsində Skoulz üstünlüyü Cerrarda verib:

“Cerrard, yoxsa mən? Cerrard. O, daha atletik idi və matçların taleyini daha tez-tez həll edirdi.

Elə bir komandada çıxış edirdi ki, məsuliyyəti üzərinə götürməli olurdu. Mən isə komandanın bir hissəsi idim, başa düşürsüz?

“Mançester Yunayted”də mənim onun “Liverpul”dakı səlahiyyətlərim yox idi”.

Skoulz peşəkar futbolçu karyerasını 2013-cü ildə başa vurub.

Cerrard 1997–2015-ci illərdə “Liverpul”un əsas komandasında çıxış edib, 2016-cı ildə isə peşəkar futbolçu karyerasını bitirib.

Digər Xəbərlər
Xəbər Lenti
26 Dekabr 18:10 Çək və bizə göndər!
26 Dekabr 08:40 Bu da 7 qol! - VİDEO