“Onun nə qədər böyük oyunçu olmasına heç vaxt əhəmiyyət verilmədi”

25 Dekabr 2025 18:40 İngiltərə 802
“Onun nə qədər böyük oyunçu olmasına heç vaxt əhəmiyyət verilmədi”

“Sanderlend”in yarımmüdafiəçisi Qranit Caka “Bayer”də (Leverkuzen) olarkən hazırda “Real”ın baş məşqçisi Xabi Alonso ilə işlədiyi vaxtı xatırlayıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:

“Hər komandanın eqosu var, amma Alonsonun nə qədər böyük oyunçu olduğuna və ya transfer haqqının nə qədər olduğuna heç vaxt əhəmiyyət verilmədi. O, yalnız meydanda nə edə biləcəyinə əhəmiyyət verirdi.

O, sənin komanda üçün mübarizə aparmağını görmək istəyir. Bunu etsən və yaxşı məşq etsən, o, sənə şans verəcək. Alonsoda ən çox heyran olduğum şey budur”.

İsveçrəli futbolçu 2023-2025-ci illərdə “Bayer”də Xabi Alonsonun rəhbərliyi altında çıxış edib.

İspaniyalı mütəxəssis bu yay iş yerini dəyişərək, “Real”ın baş məşqçisi postuna təyin olunub. Caka isə bu il iyul ayında “Bayer”dən “Sanderlend”ə keçib.

Digər Xəbərlər
Xəbər Lenti
20 Oktyabr 16:10 Çək və bizə göndər!
20 Oktyabr 12:50 "Sportinfo TV”də GÜNDƏM
20 Oktyabr 07:30 Premyer Liqanın “100”ü
20 Oktyabr 04:30 "Sabah" NTD-yə qalib gəldi
20 Oktyabr 03:50 "Tarix yazdıq"