“Çelsi”nin baş məşqçisi Enzo Mareska yarımmüdafiəçi Romeo Laviyanın “Qarabağ”la Çempionlar Liqasının oyununda zədələnməsinə münasibət bildirib.
Sportinfo.az xəbər verir ki, o, belçikalı futbolçunun 8-ci dəqiqədə meydanı tərk etməsindən olduqca təəssüfləndiyini vurğulayıb:
“Bu, xüsusilə onun üçün çox məyusedicidir. Uzun müddət formada olmayacaq. Hələlik zədənin nə dərəcədə ciddi olduğunu demək tezdir, ümid edirəm, ağır deyil”.
Laviya 2023-cü ildə “Sauthempton”dan “Çelsi”yə keçdikdən sonra artıq 8-ci dəfə zədələnir. Bu müddətdə o, ümumilikdə 495 gün oynamayıb və 77 matçı buraxıb.
Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turunda keçirilən "Qarabağ" - "Çelsi" matçı 2:2 hesabı ilə başa çatıb.

