Baş məşqçi postuna onu gətirmək istəyir - Premyer Liqa klubu

7 Noyabr 2025 01:30 İngiltərə 596
Baş məşqçi postuna onu gətirmək istəyir - Premyer Liqa klubu

“Vulverhempton” rəhbərliyi baş məşqçi axtarışını davam etdirir.

Sportinfo.az ESPN-ə istinadən xəbər verir ki, “canavarlar”ın “sükanı arxasına” keçmək üçün əsas namizədlərdən biri portuqaliyalı mütəxəssis Ruy Vitoriyadır.

55 yaşlı çalışdırıcı sentyabrda Yunanıstanın “Panatinaikos” klubundan istefaya göndərilmişdi. O, həmçinin, “Benfika”, Səudiyyə Ərəbistanının “Əl-Nəsr” komandası və Misir yığmasını da çalışdırıb.

“Vulverhempton” hazırda İngiltərə Premyer Liqasının 10 turundan sonra cəmi iki xal toplayaraq, turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

Klub rəhbərliyi komandanın vəziyyətini düzəltmək üçün təcrübəli məşqçi axtarır və Ruy Vitoriya real namizədlərdən biri sayılır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
3 Mart 04:40 Azərbaycan qalib oldu