300 saatlıq ictimai işlərə məhkum edildi - “Qarabağ”ın rəqibinin müdafiəçisi

00:10 İngiltərə 89
300 saatlıq ictimai işlərə məhkum edildi - “Qarabağ”ın rəqibinin müdafiəçisi

“Çelsi”nin futbolçusu Uesli Fofana növbəti dəfə yol hərəkəti qaydalarını pozduğu üçün məhkəmənin qərarı ilə ictimai işlərə cəlb edilib.

Sportinfo.az “The Guardian”-a istinadən xəbər verir ki, fransalı müdafiəçi Hempşir qraflığında idarə etdiyi “Lamborgini” ilə sürət həddini aşıb.

Hadisə digər avtomobilin videoregistratoruna düşüb. Kadrlarda Fofananın əvvəlcə arxadan gələn avtomobilləri, daha sonra isə önündəki maşını kənardan ötüb keçdiyi görünür.

Fofana bu ilin mayında artıq iki il müddətinə sürücülük hüququndan məhrum edilmişdi.

O, daha əvvəl idarə etdiyi digər avtomobillərində 8 dəfə sürət həddini aşdığı üçün təqsirini etiraf etmiş, 5328 funt sterlinq cərimə, 2131 funt sterlinq kompensasiya və 110 funt sterlinq məhkəmə xərci ödəməyə məcbur olmuşdu.

Məhkəmə 24 yaşlı futbolçunu 300 saatlıq ictimai işlərə məhkum edib və əlavə olaraq 199 funt sterlinq cərimə kəsib.

O, daha 18 ay müddətinə sürücülük hüququndan məhrum edilib. Bu dövrdə o, yenidən qaydanı pozarsa, ona həbs cəzası verilə bilər.

Fofananın komandası “Çelsi” sabah UEFA Çempionlar Liqasının 4-cü turu çərçivəsində “Qarabağ”ın qonağı olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
4 Noyabr 16:30 Çək və bizə göndər!
4 Noyabr 03:30 Ağayev görüşə getdi
4 Noyabr 03:00 Sevgilisindən ayrıldı