Braziliyalı hücumçu buranı tərk etməyə hazırdır - Yaxşı təklif gözləyir

01:40 İngiltərə 124
Braziliyalı hücumçu buranı tərk etməyə hazırdır - Yaxşı təklif gözləyir

“Tottenhem”in hücumçusu Riçarlison klubu tərk etməyə hazırdır.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 28 yaşlı forvard yaxın transfer pəncərəsində uyğun təklif olduğu halda komandasını dəyişə bilər.

Onu vətəninə – Braziliyaya qaytarmaq istəyən klub kimi “Flamenqo”nun adı çəkilir.

Bundan əlavə, braziliyalı futbolçuya “Everton”, ABŞ-ın “Orlando Siti” klubu və Səudiyyə Ərəbistanının bir neçə təmsilçisi də maraq göstərir.

Riçarlison 2022-ci ildə “Tottenhem”ə keçib. O, cari mövsümdə bütün turnirlərdə 16 oyuna çıxaraq, 3 qol vurub və 2 məhsuldar ötürmə verib.

Digər Xəbərlər
Xəbər Lenti
3 Noyabr 18:10 Çək və bizə göndər!