Rəhbərliklə baş məşqçi arasında fikir ayrılığı yarandı - Premyer Liqa təmsilçisində

4 Noyabr 00:00 İngiltərə 444
Rəhbərliklə baş məşqçi arasında fikir ayrılığı yarandı - Premyer Liqa təmsilçisində

“Mançester Yunayted” qış transfer pəncərəsində heyətini gücləndirməyə ümid edir.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “qırmızı şeytanlar”ın həmişə olduğu kimi, çox sayda yüksək səviyyəli oyunçu ilə maraqlandığı deyilir.

Lakin komandanın baş məşqçisi Ruben Amorim klub rəhbərliyinə qısamüddətli gücləndirməyə ehtiyac olmadığını açıq şəkildə bildirib.

Portuqaliyalı mütəxəssis klubda uzunmüddətli gələcəyi olan oyunçular istəyir və buna görə də, onun icarə variantlarını təsdiqləməməsi ehtimalı yüksəkdir.

“Mançester Yunayted” 10 oyundan sonra 17 xalla Premyer Liqanın turnir cədvəlində 8-ci yerdədir.

Digər Xəbərlər
Xəbər Lenti
18 Noyabr 03:20 Qazaxıstana da uduzduq