Braziliyalı üçün hərəkətə keçir - “Mançester Yunayted”

2 Noyabr 01:40 İngiltərə 554
Braziliyalı üçün hərəkətə keçir - “Mançester Yunayted”

“Vest Hem”in yarımmüdafiəçisi Lukas Paketa “Mançester Yunayted”in transfer hədəfinə çevrilib.

Sportinfo.az “Indykaila News”-a istinadən xəbər verir ki, “qırmızı şeytanlar” braziliyalı futbolçunu qış transfer pəncərəsində heyətlərinə qatmaq niyyətindədirlər.

Mançester təmsilçisi bu addımı yalnız “Vest Hem”in müəyyən etdiyi qiymət məqbul sayılarsa atacaq.

Paketa özü də yanvarda London klubunu tərk etməyə hazırdır, çünki o, avrokubok iddiaları olan komandada çıxış etmək istəyir.

28 yaşlı yarımmüdafiəçi cari mövsümdə Premyer Liqada 9 matçda 2 qolla yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
8 Dekabr 18:10 Çək və bizə göndər!
8 Dekabr 08:20 Yeni rəqibi məlum oldu
8 Dekabr 02:40 Nazim nokautla uduzdu