“Bu, mənim gözləmədiyim bir sual idi" - “Qarabağ”ın rəqibinin baş məşqçisi

1 Noyabr 18:20 İngiltərə 492
“Bu, mənim gözləmədiyim bir sual idi" - “Qarabağ”ın rəqibinin baş məşqçisi

“Liverpul”un baş məşqçisi Arne Slot klubla yeni müqavilə məsələsinə toxunub.

Sportinfo.az BBC-yə istinadən xəbər verir ki, niderlandlı mütəxəssis hazırda bu mövzunu müzakirə etməyə ehtiyac görmədiyini bildirib:

“Bu, mənim gözləmədiyim bir sual idi. Tam şəkildə “Liverpul”u yenidən qalibiyyət yoluna qaytarmağa fokuslanmışam.

Yeni müqavilə barədə danışıqlar aparılsa belə, biz bunu heç vaxt mətbuatda müzakirə etmərik”.

O, həmçinin, komandası üçün əsas məqsədin hazırda oyunu və nəticələri sabitləşdirmək olduğunu vurğulayıb.

“Liverpul” son 7 matçın 6-da məğlub olub və uğursuz seriya azarkeşlər arasında ciddi narahatlıq yaradıb. Komanda UEFA Çempionlar Liqasında “Qarabağ”ın rəqiblərindən biridir.

Digər Xəbərlər
Xəbər Lenti
8 Dekabr 18:10 Çək və bizə göndər!
8 Dekabr 08:20 Yeni rəqibi məlum oldu
8 Dekabr 02:40 Nazim nokautla uduzdu