“Onun transferi ilə bağlı danışıqlar aparmamışıq, bütün bunlar medianın uydurmasıdır”

1 Noyabr 00:10 İngiltərə 461
“Onun transferi ilə bağlı danışıqlar aparmamışıq, bütün bunlar medianın uydurmasıdır”

Misirin “Əl-Əhli” klubunun idman direktoru Said Əbdül Hafiz “Liverpul”un hücumçusu Məhəmməd Salahın mümkün transferi ilə bağlı yayılan şayiələrə aydınlıq gətirib.

Spportinfo.az “goal.com”-a istinadən xəbər verir ki, klub rəsmisi Salahın transferi ilə bağlı heç bir danışıqlar aparmadıqlarını bildirib:

“Salah dünya futbolunun ulduzudur. Onun nailiyyətlərini digər afrikalı futbolçuların təkrarlaması çox çətindir.

O, “Liverpul”la müqaviləsinin müddətini uzadıb, ona görə də vəziyyətə real baxmaq lazımdır.

Onun transferi ilə bağlı heç bir danışıqlar aparmamışıq. Bütün bunlar medianın uydurmasıdır”.

33 yaşlı misirli forvardın “Liverpul”la müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti
8 Dekabr 18:10 Çək və bizə göndər!
8 Dekabr 08:20 Yeni rəqibi məlum oldu
8 Dekabr 02:40 Nazim nokautla uduzdu