Bu mövsüm “qırmızı”nı hamıdan çox “sevir” - “Qarabağ”ın “zadəgan” rəqibi

31 Oktyabr 18:40 İngiltərə 159
Bu mövsüm “qırmızı”nı hamıdan çox “sevir” - “Qarabağ”ın “zadəgan” rəqibi

“Çelsi” bu mövsüm İngiltərə çempionatında və digər turnirlərdə ən çox qırmızı vərəqə alan komandadır.

Sportinfo.az xəbər verir ki, bu barədə “Transfermarkt” portalı məlumat yayıb.

London təmsilçisi 14 oyundan sonra ümumilikdə 5 “qırmızı” görüb. Onların 3-ü Premyer Liqada, 2-si isə digər turnirlərdə qeydə alınıb.

Ən son qırmızı vərəqə 1/8 final mərhələsində “Vulverhempton”la keçirilən Liqa kuboku oyununda (4:3) Liam Delapa göstərilib. Bu epizod baş məşqçi Enzo Mareskanın ciddi narazılığına səbəb olub.

Müqayisə üçün, “Liverpul” cari mövsümdə cəmi 2 qırmızı vərəqə alıb. Daha 8 klub (“Bornmut”, “Mançester Yunayted”, “Sanderlend”, “Vest Hem”, “Bernli”, “Vulverhempton”, “Aston Villa” və “Nyukasl”) isə yalnız bir dəfə meydandan qovulma ilə üzləşib.

“Çelsi” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir. “Qarabağ” – “Çelsi” oyunu noyabrın 5-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 21:45-də start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti
31 Oktyabr 02:40 "Sabah"ın hesabı - 11:1
31 Oktyabr 02:20 “Zirə”dən Mozambikə
31 Oktyabr 02:00 “Qarabağ” AÇIQLADI