Premyer Liqa klubunun baş məşqçi postuna namizəddir - Niderlandlı

31 Oktyabr 18:20 İngiltərə 227
Premyer Liqa klubunun baş məşqçi postuna namizəddir - Niderlandlı

“Mançester Yunayted”in sabiq baş məşqçisi Erik ten Haq yenidən İngiltərə Premyer Liqasında işləyə bilər.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “Vulverhempton” mövsümə uğursuz startdan sonra baş məşqçi Vitor Pereyranı istefaya göndərməyi planlaşdırır.

Klub cəmi bir ay əvvəl Pereyra ilə müqavilənin müddətini 2028-ci ilə qədər uzatmışdı. Buna baxmayaraq, “canavarlar” artıq Ten Haqla mümkün əməkdaşlıq barədə ilkin təmas qurublar.

“Vulverhempton” hazırda Premyer Liqanın turnir cədvəlində sonuncu pillədə qərarlaşıb. Komanda 9 turdan sonra cəmi 2 xal toplayıb.

Bundan əlavə, komanda Liqa kubokunda da uğursuzluğa düçar olub və doğma meydanda “Çelsi”yə 3:4 hesabı ilə məğlub olaraq, turnirdən kənar qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
31 Oktyabr 18:10 Çək və bizə göndər!
31 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
31 Oktyabr 02:40 "Sabah"ın hesabı - 11:1
31 Oktyabr 02:20 “Zirə”dən Mozambikə
31 Oktyabr 02:00 “Qarabağ” AÇIQLADI