Bu hücumçunu buraxmaq fikrində deyil - “Mançester Yunayted”

31 Oktyabr 2025 15:20 İngiltərə 727
Bu hücumçunu buraxmaq fikrində deyil - “Mançester Yunayted”

“Mançester Yunayted”in hücumçusu Coşua Zirkze karyerasını İngiltərə Premyer Liqasının başqa klubunda davam etdirə bilər.

Sportinfo.az “CaughtOffside”-a istinadən xəbər verir ki, 24 yaşlı forvardın az oyun praktikasından əziyyət çəkməsi onun yaxın aylarda klubdan ayrılacağı barədə söz-söhbətləri gücləndirib.

“Aston Villa” və “Brayton” qış transfer pəncərəsində Zirkze uğrunda “Vest Hem”lə rəqabət aparmağa hazırlaşır.

Bununla belə, “Mançester Yunayted” mövsümün ortasında niderlandlı futbolçunu buraxmaq niyyətində deyil. Baş məşqçi Ruben Amorim də bu mövqeyini açıq şəkildə bildirib.

Digər Xəbərlər
Xəbər Lenti
29 Avqust 14:00 Sındırmaq belə olur!