 
            “Liverpul”un müdafiəçisi Endryu Robertson karyerasını Şotlandiya Premyer Liqasında davam etdirə bilər.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 31 yaşlı futbolçu ilə “Seltik” yaxından maraqlanır.
Robertsonun Mersisayd klubu ilə müqaviləsinin müddəti gələn ilin yayına qədərdir və tərəflər hələ yeni əməkdaşlığı razılaşdırmayıblar.
Şotlandiyalı futbolçu cari mövsümdə “qırmızılar”ın heyətində 9 oyunda meydana çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə verib.
“Liverpul” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.

 
                 
                 
                 
                 
                    
 
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                            