“Mançester Siti”nin müdafiəçisini heyətinə qatmaq istəyir

30 Oktyabr 2025 22:00 İngiltərə 701
“Mançester Siti”nin müdafiəçisini heyətinə qatmaq istəyir

“Kristal Pelas” “Mançester Siti”nin niderlandlı müdafiəçisi Natan Akeni növbəti yay transfer pəncərəsində heyətinə qatmaq imkanını nəzərdən keçirir.

Sportinfo.az xəbər verir ki, bu barədə “Teamtalk” məlumat yayıb.

London klubu Akeni mövsümün sonunda komandadan ayrılacağı gözlənilən və hətta yanvarda klubunu dəyişə biləcəyi istisna edilməyən Mark Quehinin əvəzləyicisi kimi görür.

30 yaşlı Ake cari mövsümdə bütün turnirlərdə 8 oyunda meydana çıxıb. Onun “Mançester Siti” ilə müqaviləsinin müddəti 2027-ci ilə qədərdir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti