Komandasından şikayətləndi - “Qarabağ”ın rəqibinin baş məşqçisi

30 Oktyabr 18:40 İngiltərə 507
Komandasından şikayətləndi - “Qarabağ”ın rəqibinin baş məşqçisi

“Liverpul”un baş məşqçisi Arne Slot heyətdə dərinliyin olmaması haqda danışıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:

“Bu gün “Mançester Siti”nin start heyətini gördüm: onlar son Premyer Liqa oyunları ilə müqayisədə on dəyişiklik etdilər, amma keyfiyyət çox da pisləşmədi.

“Çelsi” Estevaonu meydana çıxara bilərdi. Və biz… Mən iki əvəzetmə edəndən sonra meydanda altı yeniyetmə var idi”.

“Qırmızılar” çərşənbə günü Premyer Liqa kubokunda evdə “Kristal Pelas”a 0:3 hesabıyla uduzub.

Arne Slot həddindən artıq rotasiyaya görə tənqid edilib. Komanda son yeddi oyunun altısında məğlub olub.

”Liverpul” “Qarabağ”ın Çempionlar Liqasındakı rəqiblərindən biridir.

Digər Xəbərlər
Xəbər Lenti
5 Dekabr 08:40 Onlardan da PUL ÇIXDI