“Qarabağ”la oyuna hazırlaşan “Çelsi”də hansı problemlər var?

00:30 İngiltərə 176
“Qarabağ”la oyuna hazırlaşan “Çelsi”də hansı problemlər var?

“Çelsi” Çempionlar Liqasında “Qarabağ”la oyuna heyətlə bağlı nikbin xəbərlər fonunda hazırlaşır.

Sportinfo.az britaniyanın aparıcı KİV-lərinə istinadla xəbər verir ki, bir neçə vacib futbolçu zədədən sonra bərpa prosesini başa çatdırır.

Baş məşqçi Enzo Mareska onların səfər qarşılaşmasında iştirakına ümid edir.

Komandanın kapitanı Ris Ceyms artıq oyuna tam hazırdır. Mareskanın sözlərinə görə, müdafiəçi özünü yaxşı hiss edir və zədədən sonra tam yüklənməyə hazırdır.

Hücumçu Liam Delap da ümumi məşqlərə qayıdıb və gözlənilir ki, Bakıya gedəcək heyətə daxil ediləcək.

Enzo Fernandesin də heyətə qayıtmağa yaxındır – yarımmüdafiəçi diz iltihabından sonra artıq məşqlərə başlayıb və tibbi heyət onun “Qarabağ”la oyuna qədər hazır olacağına əmindir.

Digər Xəbərlər
Xəbər Lenti
29 Oktyabr 18:10 Çək və bizə göndər!
29 Oktyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
29 Oktyabr 08:50 Lap halva kimi... VİDEO