Tərəflərin ilin sonunadək razılığa gələcəyi gözlənilir - Premyer Liqa klubunda

30 Oktyabr 00:20 İngiltərə 481
Tərəflərin ilin sonunadək razılığa gələcəyi gözlənilir - Premyer Liqa klubunda

“Mançester Siti” rəhbərliyi yarımmüdafiəçi Rodri Hernandeslə müqavilənin müddətini uzatmaq niyyətindədir.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “şəhərlilər” artıq ispaniyalı futbolçu ilə danışıqlara başlayıb və tərəflərin ilin sonunadək razılığa gələcəyi gözlənilir.

Bildirilir ki, Rodrinin vəziyyəti ilə PSJ və “Real” yaxından maraqlanır.

29 yaşlı yarımmüdafiəçi 2019-cu ildən “Mançester Siti”də çıxış edir. O, cari mövsümdə komandanın heyətində 7 oyunda iştirak edib.

Rodri 2024-cü ildə “qızıl top” mükafatına layiq görülmüşdü.

Digər Xəbərlər
Xəbər Lenti
8 Dekabr 18:10 Çək və bizə göndər!
8 Dekabr 08:20 Yeni rəqibi məlum oldu
8 Dekabr 02:40 Nazim nokautla uduzdu