“Barselona”nın 17 yaşlı yarımmüdafiəçisi ilə maraqlanırlar

29 Oktyabr 00:20 İngiltərə 490
“Barselona”nın 17 yaşlı yarımmüdafiəçisi ilə maraqlanırlar

“Barselona”nın yarımmüdafiəçisi Dro Fernandes karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 17 yaşlı futbolçuya “Vest Hem” ciddi şəkildə maraq göstərir.

London klubu ispaniyalı oyunçunu münasib qiymətə transfer etmək niyyətindədir, çünki Fernandesin əsas komandadakı debütündən sonra onun bazar dəyərinin artacağı gözlənilir.

Fernandes “Barselona”nın heyətində iki oyunda iştirak edib və bir məhsuldar ötürmə verib. Onun klubu ilə müqaviləsinin müddəti 2027-ci ilə qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti
8 Dekabr 18:10 Çək və bizə göndər!
8 Dekabr 08:20 Yeni rəqibi məlum oldu
8 Dekabr 02:40 Nazim nokautla uduzdu