“Real”ın hücumçusuтг icarəyə götürmək istəyir

28 Oktyabr 2025 18:40 İngiltərə 683
“Real”ın hücumçusuтг icarəyə götürmək istəyir

“Tottenhem” “Real”ın hücumçusu Endrikin durumunu yaxından izləyir.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı forvard Madrid təmsilçisindəki az oyun praktikası səbəbindən narazıdır və yanvarda icarəyə gətməyə hazırdır.

Bununla belə, Endrik gələcəyini məhz “Real”la əlaqələndirir və klubdan tam ayrılmaq niyyətində deyil.

“Tottenhem” rəhbərliyi isə 19 yaşlı futbolçunun oyun xüsusiyyətlərinin komandaya tam uyğun olduğunu hesab edir və qış transfer pəncərəsində onu icarəyə götürmək planı qurur.

Endrik bu mövsüm hələ meydana çıxmayıb. Onun “Real”la müqaviləsinin müddəti 2030-cu ilə qədərdir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti