“Qarabağ”ın rəqibinin ulduzu qışda “Real”a yollanacaq?

00:10 İngiltərə 96
“Qarabağ”ın rəqibinin ulduzu qışda “Real”a yollanacaq?

Argentina millisinin və “Liverpul”un yarımmüdafiəçisi Aleksis Makallister karyerasını İspaniya La Liqasında davam etdirə bilər.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 26 yaşlı futbolçunun xidmətində “Real” maraqlıdır.

“Kral klubu”nun Makallisteri artıq bu qış transfer pəncərəsində heyətinə qatmaq ehtimalı var. Tərəflər razılığa gələ bilməsə, transfer yayda baş tuta bilər.

Makallister 2023-cü ilin yayında “Liverpul”a keçib. Onun klubla müqaviləsinin müddəti 2028-ci ilin iyununun sonuna qədərdir.

“Liverpul” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.

Digər Xəbərlər
Xəbər Lenti
22 Oktyabr 18:10 Çək və bizə göndər!
22 Oktyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM