“Qarabağ” və “Barselona” ilə matçda üzünü görməyəcəyik

20 Oktyabr 2025 02:30 İngiltərə 700
“Qarabağ” və “Barselona” ilə matçda üzünü görməyəcəyik

"Çelsi"nin futbolçusu Koul Palmer Çempionlar Liqasının əsas mərhələsində "Qarabağ"la oyunu buraxacaq.

Sportinfo.az “Sky Sport"a istinadən xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi zədə səbəbindən komandasının növbəti 9 matçını buraxacaq.

Koul Palmer İngiltərə Premyer Liqasında "Nottinqem Forest", "Sanderlend", "Tottenhem", "Vulverhempton", "Börnli", Çempionlar Liqasında "Ayaks" (Niderland), "Qarabağ", "Barselona" (İspaniya) və İngiltərə Liqa Kubokunda "Vulverhempton"la oyunlarda iştirak etməyəcək.

"Qarabağ" - "Çelsi" oyunu noyabrın 5-də Bakıda baş tutacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti