
“Arsenal”ın baş məşqçisi Mikel Arteta hücumçu Viktor Qyokereşin altı matçlıq qol susqunluğu barədə açıqlama verib.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı çalışdırıcı, Qyokereşin komandaya böyük töhfə verdiyini bildirib:
“O, oyunumuza çox şey qatır. Oyunu təkrar izlədikdə, onun komandaya verdiklərindən çox məmnun oluram.
İlk görüşümüzdə ona dedim ki, mənə “doqquz nömrə” lazımdır. 6-8 oyun qol vurmursa, buna dözməlidir. Əks halda, başqa oyunçu axtarmalıyıq, çünki gözləntilər qalır, təzyiq isə azalmır”.
Baş məşqçi əlavə edib ki, Qyokereşin əvvəlki mövsümlərdə hər matçda qol vurması onu güclü oyunçu edib:
“Futbolun təbiətində hücumçular belə dövrlər yaşayırlar. Ümid edirəm ki, bu vəziyyət onun oyun keyfiyyəti ilə dəyişəcək, zədələr səbəbindən yox.
Onun dözümlülüyü yaxşıdır və mən ondan tam razıyam. Hər gün onu izləyərkən görürsən ki, vəziyyəti düzəltmək üçün nə qədər çalışır”.