İngiltərə millisinin yarımmüdafiəçisinə göz dikib - “Qarabağ”ın rəqibi

19 Oktyabr 2025 00:00 İngiltərə 686
İngiltərə millisinin yarımmüdafiəçisinə göz dikib - “Qarabağ”ın rəqibi

“Çelsi” orta sahəni gücləndirmək üçün “Aston Villa”nın və İngiltərə millisinin yarımmüdafiəçisi Morqan Rocersi heyətinə qatmaq istəyir.

Sportinfo.az “CaughtOffside”-a istinadən xəbər verir ki, londonlular hazırda Rocersin transferində favorit sayılır.

23 yaşlı futbolçu 2026-cı ilin əsas transfer hədəfi kimi seçilib. “Aston Villa” onu 92 milyon avroya buraxmağa hazırdır.

Bundan əlavə, ingiltərəli oyunçuya “Liverpul” və PSJ də maraq göstərir. O, cari mövsümdə bütün turnirlərdə 10 oyuna çıxıb və 2 məhsuldar ötürmə verib.

“Çelsi” və “Liverpul” UEFA Çempionlar Liqasında “Qarabağ”ın rəqibləridir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti