
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola ispaniyalı yarımmüdafiəçi Rodrinin əvəzinə “Kristal Pelas”ın futbolçusu Adam Uortonu komandaya gətirmək niyyətindədir.
Sportinfo.az xəbər verir ki, bu barədə “Fichajes” məlumat yayıb.
Qvardiola Uortonu ideal əvəzləyici kimi görür və onun “Mançester Siti”də Rodrinin rolunu doldura biləcəyinə inanır. Ancaq “şəhərlilər”in qarşısına ciddi rəqib çıxıb.
“Mançester Yunayted” də 21 yaşlı futbolçunu transfer etməkdə israrlıdır.
İngiltərəli futbolçu 2025/26 mövsümündə bütün turnirlərdə 10 oyunda iştirak edib, 1 məhsuldar ötürmə verib.