"Çelsi"nin iki aparıcı fiquru "Qarabağ"a qarşı oynamayacaq

18 Oktyabr 2025 09:20 İngiltərə 1 191
"Çelsi"nin iki aparıcı fiquru "Qarabağ"a qarşı oynamayacaq

Çempionlar Liqasının Liqa mərhələsində "Qarabağ"ın rəqibi olan "Çelsi" ciddi itkilərlə üzləşib.

Sportinfo.az xəbər verir ki, komandanın aparıcı oyunçularından olan Koul Palmer və Benua Badyaşil 6 həftə yaşıl meydanlardan kənar qalacaq.

Bu barədə baş məşqçi Entso Mareska məlumat yayıb.

Hər iki futbolçu dekabr ayında komandaya kömək edə biləcək.

"Qarabağ"ın "Çelsi" ilə oyunu noyabrın 5-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və saat 20:45-də start götürəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti