“Çempion olmaq xoşumuza gəlir” – “Qarabağ”ın rəqibinin müdafiəçisi

18 Oktyabr 01:30 İngiltərə 261
“Çempion olmaq xoşumuza gəlir” – “Qarabağ”ın rəqibinin müdafiəçisi

“Liverpul”un müdafiəçisi Vircil van Dayk klubun əsas məqsədlərini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, niderlandlı futbolçu “Reach”-ə açıqlamasında İngiltərənin ən böyük klubu olmağın həm “Liverpul”un, həm də oyunçuların əsas hədəfi olduğunu bildirib:

“Çempion olmaq və zirvədə qalmaq xoşumuza gəlir. Amma bu asan deyil, çünki Premyer Liqa çox-çox çətin turnirdir”.

“Liverpul” ötən mövsüm çempionluq titulunu qazanaraq, “Mançester Siti”nin dörd illik üstünlüyünə son vermişdi.

“Qırmızılar” “Qarabağ”ın Çempionlar Liqasındakı rəqiblərindən biridir.

Digər Xəbərlər
Xəbər Lenti
23 Oktyabr 18:10 Çək və bizə göndər!
23 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM