“Əla hücumçudur, amma tempi və pressinqi yoxdur, problemə çevrilib”

17 Oktyabr 18:40 İngiltərə 549
“Əla hücumçudur, amma tempi və pressinqi yoxdur, problemə çevrilib”

“Mançester Yunayted”in sabiq yarımmüdafiəçisi Roy Kin hazırda “Barselona”da icarə əsasında çıxış edən hücumçu Markus Reşford haqqında fikirlərini bölüşüb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, ingiltərəli futbolçunun tempinin və pressinqinin olmadığını söyləyib:

“Reşford “Mançester Yunayted”də problemə çevrilib və hamı bunu görür. Onun transferindən sonra İngiltərə millisində şansları olub.

O, öz çıxışı ilə buna layiq idi. Onun istedadına şübhəm yoxdur. O, əla oyunçudur, amma tempi və pressinqi yoxdur”.

27 yaşlı forvard bu mövsüm Kataloniya klubunun heyətində 10 matçda meydana çıxıb, 3 qol vurub və 5 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti
11 Noyabr 17:10 Çək və bizə göndər!
11 Noyabr 12:00 Vinisius satılacaqmı?
11 Noyabr 08:20 Cavidin “yem”i - VİDEO