Adı “Qalatasaray”la qapıçı haqda AÇIQLAMA VERDİ

25 Avqust 2025 00:10 İngiltərə 1 998
Adı “Qalatasaray”la qapıçı haqda AÇIQLAMA VERDİ

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola komandanın qapıçısı Edersonun gələcəyi barədə danışıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis braziliyalı qolkiperin durumuna yalnız yay transfer pəncərəsinin bağlanmasından sonra aydınlıq gələcəyini bildirib:

“Yay transfer pəncərəsi hələ açıqdır. Onun bağlanmasından sonra dəqiq cavab vermək olar. Hazırda isə gələcək barədə heç nə məlum deyil”.

Ederson artıq əsas heyətdəki yerini itirib. Onun “Qalatasaray”a keçəcəyi gözlənilir. Bu mövsüm “şəhərlilər”in qapısını Ceyms Trafford qoruyur.

“Mançester Siti” İngiltərə Premyer Liqasının ikinci turunda öz meydanında “Tottenhem”ə 0:2 hesabı ilə uduzub.

Digər Xəbərlər
Xəbər Lenti
30 Avqust 20:00 Çək və bizə göndər!
30 Avqust 01:00 "Komandam pis deyildi"