“Fənərbaxça” bu transfedən imtina etdi - iSRAİLƏ GÖRƏ

24 Avqust 2025 20:25 İngiltərə 711
“Fənərbaxça” bu transfedən imtina etdi - iSRAİLƏ GÖRƏ

“Fənərbaxça” “Arsenal”ın yarımmüdafiəçi Oleksandr Zinçenkonun transferindən imtina edib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, səbəb ukraynalı futbolçunun siyasi mövqeyi olub.

Tərəflər arasında danışıqlar kifayət qədər irəliləmişdi. Ancaq Zinçenko sosial şəbəkə hesabında İsraili dəstəkləyən paylaşım etdikdən sonra vəziyyət dəyişib.

Bu paylaşım Türkiyədə müəyyən dairələr tərəfindən narazılıqla qarşılanıb. Bundan sonra o, ərəb dünyasından hədələr almağa başlayıb.

Nəticədə, həm “Fənərbaxça” rəhbərliyi, həm də futbolçunun özü riskə girməmək qərarına gəlib və transfer baş tutmayıb.

28 yaşlı yarımmüdafiəçinin bazar dəyəri hazırda 28 milyon avro təşkil edir. O, 2025/26 mövsümündə “Arsenal”ın heyətində hələ ki, meydana çıxmayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti