
“Mançester Siti”nin hücumçusu Omar Marmuş baş məşqçi Pep Qvardiola ilə iş təcrübəsi haqda danışıb.
Sportinfo.az “TNT Sports”-a istinadən xəbər verir ki, misirli futbolçu, dünyanın ən yaxşı məşqçisi ilə işləməyin inanılmaz olduğunu deyib:
“Dünyanın ən yaxşı məşqçisi ilə işləmək inanılmazdır. Mən hər zaman ondan öyrənməyə və oyun anlayışını necə izah etdiyini başa düşməyə çalışıram.
Hər məşqdə tam gücümüzü sərf etməyə məcbur edirik və mən dünyanın ən yaxşı məşqçisinin rəhbərliyi altında çalışmaqdan çox məmnunam”.
Marmuş bu ilin yanvarında “Mançester Siti”yə transfer olunub. O, həmin vaxtdan bəri bütün turnirlərdə 26 oyuna çıxıb, 8 qol vurub və 3 məhsuldar ötürmə verib.