
Portuqaliyalı məşqçi Joze Mourinyo İngiltərə Premyer Liqasına qayıda bilər.
Sportinfo.az “The Sun”-a istinadən xəbər verir ki, Mourinyo “Nottingem Forest” tərəfindən nəzərdən keçirilən məşqçilər siyahısındadır.
Bu siyahıya “Tottenhem”in sabiq baş məşqçisi Angelos Postekoqlu da daxildir.
Daha əvvəl “Nottingem Forest”in hazırkı baş məşqçisi Nuno Espirito Santo klubun sahibi Evangelos Marinakislə münasibətlərində problemləri olduğunu etiraf etmişdi.
Heyətdən narazılığını bildirən portuqaliyalı çalışdırıcı yaxın vaxtlarda qovula bilər.
Mourinyo bir ildən çoxdur ki, Türkiyədə “Fənərbaxça”nı çalışdırır. O, Premyer Liqada “Çelsi”, “Mançester Yunayted” və “Tottenhem”in baş məşqçisi olub.