
“Liverpul”un baş məşqçisi Arne Slot klubun bu yay transfer bazarında işləməyə davam edə bilməsi üçün vacib şərti açıqlayıb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, niderlandlı məşqçi bunu deyib:
“Ancaq bizi həqiqətən güclü edə biləcək oyunçular varsa, o zaman klub əvvəllər olduğu kimi, onları da cəlb edəcək.
Yalnız hər şey düzgün olarsa – düzgün oyunçu, qiymət və mövqe”.
“Qırmızılar”ın son transfer hədəfi “Nyukasl”ın hücumçusu Aleksander İsakdır. “Liverpul” isveçli forvard üçün 138 milyon avro təklif edib, lakin “Nyukasl” futbolçunu buraxmaq istəmir.
Avqustun 25-də, Premyer Liqanın ikinci turu çərçivəsində “Liverpul” və “Nyukasl” üz-üzə gələcək.