
“Arsenal”ın kapitanı Martin Odeqard komandaya yeni gələn yarımmüdafiəçi Martin Subimendinin oyunu haqda danışıb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, ispaniyalı futbolçunun yüksək səviyyəli oyunçu olduğunu söyləyib:
“Subimendi mövsümöncəsi özünü çox yaxşı göstərdi. Mən onunla əvvəllər oynamışam, ona görə də onun güclü tərəflərini bilirəm.
O, yüksək səviyyəli oyunçudur. Subimendi oyuna nəzarət etməyi bacarır. Bu, “Arsenal”a yeni imkanlar verəcək”.
Subimendi cari transfer pəncərəsində “Real Sosyedad”dan İngiltərə klubuna keçib. “Arsenal” 26 yaşlı futbolçunun transferi üçün təxminən 70 milyon avro ödəyib.