İtaliyalı qapıçının transferindən vaz keçib? - “Mançester Siti”

22 Avqust 2025 21:40 İngiltərə 593
İtaliyalı qapıçının transferindən vaz keçib? - “Mançester Siti”

“Mançester Siti” Belçikanın “Antverpen” klubunun qapıçısı Senne Lammensi transfer etməyi düşünür.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “şəhərlilər” PSJ-nin qolkiperi Canluici Donnarummanı transfer etməkdə çətinlik çəkirlər.

Paris klubu italiyalı futbolçuya görə yüksək məbləğ tələb edir. Bu səbəbdən, klub diqqətini 23 yaşlı Lammensə yönəldib.

Belçikalı qapıçı cari mövsümdə dörd oyunda meydana çıxıb və 4 top buraxıb. Onun “Antverpen”lə müqaviləsinin müddəti 2027-ci ilə qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti
30 Avqust 20:00 Çək və bizə göndər!
30 Avqust 01:00 "Komandam pis deyildi"