
“Liverpul”un hücumçusu Məhəmməd Salah İngiltərə klubu ilə əməkdaşlığı uzatmaq qərarını şərh edib.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, qələbələrə ac olduğunu söyləyib:
“Hələ də qələbələrə aclığım var. Buna görə də, komandada qalmaq qərarına gəldim. Belə yüksək səviyyədə oynamaq gözəldir.
33 yaşımda komandaya kömək edə biləcəyimi hiss edirəm. Bu baxımdan özümlə fəxr edirəm”.
Misirli forvard 2024/25 mövsümündə Premyer Liqada 38 matçda iştirak edib, 29 qol vurub və 18 məhsuldar ötürmə verib.