“Milan”ın hücumçusunu transfer etdi, dörd illik müqavilə imzaladı

21 Avqust 2025 22:00 İngiltərə 563
“Milan”ın hücumçusunu transfer etdi, dörd illik müqavilə imzaladı

“Lids” “Milan”ın hücumçusu Noa Okaforu transfer edib.

Sportinfo.az xəbər verir ki, bu barədə İngiltərə klubu rəsmi saytında açıqlama verib.

25 yaşlı forvard “Lids”lə dörd illik müqavilə imzalayıb. Klubun “Milan”dan transfer olunan Okaforun keçid şərtləri haqqında məlumat vermədiyi qeyd edilib.

Okafor 2024/2025 mövsümünün ikinci yarısında “Napoli”də icarə əsasında çıxış edib. İndi isə isveçrəli futbolçu karyerasını İngiltərədə davam etdirəcək.

Mövsümün ilk turunda “Lids” öz meydanında “Everton”u 1:0 hesabı ilə məğlub edib. Komanda növbəti oyunda “Arsenal”la qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti
30 Avqust 20:00 Çək və bizə göndər!
30 Avqust 01:00 "Komandam pis deyildi"