12,5 milyon avroluq transfer - Premyer Liqada yeni ad

19 Avqust 22:40 İngiltərə 110
12,5 milyon avroluq transfer - Premyer Liqada yeni ad

“Vulverhempton” yeni futbolçu ilə anlaşıb.

Sportinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “Verona”nın müdafiəçisi Cekson Tçatçua uzunmüddətli müqavilə ilə İngiltərə klubuna qoşulub.

23 yaşlı futbolçu ilə bağlanan müqavilənin müddəti 2030-cu ilə qədərdir və bir il əlavə uzatma şərti da nəzərdə tutulub.

“Vulverhempton” onun üçün 12,5 milyon avro ödəyib.

Kamerunlu müdafiəçi ötən mövsüm “Verona”da 37 oyun keçirib, 2 qol vurub və 3 məhsuldar ötürmə verib.

Digər Xəbərlər
Xəbər Lenti
19 Avqust 17:30 Çək və bizə göndər!
19 Avqust 08:20 Gözel Budapeştə getdi