Paytaxt klubunun müqavilə şərtlərini şifahi şəkildə qəbul etdi

19 Avqust 22:20 İngiltərə 76
Paytaxt klubunun müqavilə şərtlərini şifahi şəkildə qəbul etdi

“Mançester Yunayted”in vingeri Alexandro Qarnaço karyerasını “Çelsi”də davam etdirməyə hazırdır.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, argentinalı futbolçu London klubunun müqavilə şərtlərini şifahi şəkildə qəbul edib.

Qarnaço digər maraqlı tərəflərə “yox” cavabı verib və indi “Çelsi”nin “qırmızı şeytanlar”la rəsmi danışıqlara başlamasını gözləyir.

Gözlənilir ki, “Çelsi” baş məşqçi Enzo Mareskanın planlarına düşməyən oyunçularla yollarını ayırdıqdan sonra Qarnaço üçün təklif irəli sürəcək.

21 yaşlı futbolçu Ruben Amorimin rəhbərliyi altında “Mançester Yunayted”in planlarına daxil edilmir və satışa çıxarılıb.

Digər Xəbərlər
Xəbər Lenti
19 Avqust 17:30 Çək və bizə göndər!
19 Avqust 08:20 Gözel Budapeştə getdi