Ronaldonun şəxsi təyyarəsi Mançesterdə - Burada nə işi var?

15 Fevral 18:20 İngiltərə 1 183
Ronaldonun şəxsi təyyarəsi Mançesterdə - Burada nə işi var?

“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldonun şəxsi təyyarəsi Mançester hava limanında görüntülənib.

Sportinfo.az xəbər verir ki, bu barədə hava limanının mətbuat xidməti X sosial şəbəkəsində məlumat yayıb.

Mətbuat xidməti hava limanının uçuş zolağında “CR7” loqosu olan təyyarənin qısa videosunu paylaşıb.

Videoya ürək və göz emojiləri ilə başlıq verilib. Ancaq Ronaldonun özünün Mançesterdə olub-olmadığı hələlik məlum deyil.

Bu gün Mançesterdəki “Etihad” stadionunda, İngiltərə Premyer Liqasının 25-ci turunda “Mançester Siti” və “Nyukasl” qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda
16 Sentyabr 02:50 "Kəpəz"in 1000 oyunu var
16 Sentyabr 00:40 KADİ: “İnanmıram ki...”