"Onun küçə anlayışı var, o, küçə oyunçusudur"

11 Fevral 01:40 İngiltərə 630
"Onun küçə anlayışı var, o, küçə oyunçusudur"

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola son matçdakı çıxışına görə Cek Qrilişi tərifləyib.

Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, ispaniyalı çalışdırıcı Qriliş üçün xoşbəxt olduğunu bildirib:

“Hər iki cinah oyunçumuz – Qriliş və Savio həmin oyunda parlaq idi, şanslar yaratdılar. Qriliş üçün xoşbəxtəm.

Onun küçə anlayışı var, o, küçə oyunçusudur. Biz məşqçilərə görə futbolçuların çoxu çox akademikdir. Cek meydana çıxıb döyüşənlərdən biridir”.

29 yaşlı Qriliş İngiltərə kubokunda “Leyton Orient”ə (2:1) qarşı keçirilən son matçda sona qədər oynayıb və məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti