COP29

“Mançester Yunayted” rəhbərliyi komandanı kimə tapşıracaq? - NAMİZƏDLƏR

21 May 01:40 İngiltərə 873
“Mançester Yunayted” rəhbərliyi komandanı kimə tapşıracaq? - NAMİZƏDLƏR

“Mançester Yunayted” rəhbərliyi komandanın baş məşqçisi Erik ten Haqın yerinə uyğun namizədləri müəyyənləşdirib.

Sportinfo.az “The Guardian”-a istinadən xəbər verir ki, 54 yaşlı mütəxəssisin “Mançester Siti” ilə İngiltərə kubokunun finalından sonra klubu tərk etmək ehtimalı yüksəkdir.

Ten Haqın Mançester klubunda əvəzləyicisi ya “Bayern”in baş məşqçisi Tomas Tuxel, ya da “Brayton” və “Çelsi”nin keçmiş çalışdırıcısı Qrem Potter ola bilər.

Klub sahibi Cim Ratkliff kubokun finalından sonra qərar verməli olacaq.

“Mançester Yunayted” İngiltərə çempionatını 8-ci yerdə başa vurub. Bu, “qırmızı şeytanlar” üçün son 34 ildə və Premyer Liqanın bütün mövcudluğu ərzində (1992-ci ildən) ən pis nəticədir.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!