Premyer Liqada avqustun ən yaxşı baş məşqçisi kim oldu?

15 Sentyabr 2023 21:40 İngiltərə 572
Premyer Liqada avqustun ən yaxşı baş məşqçisi kim oldu?

İngiltərə Premyer Liqasında avqust ayının ən yaxşı baş məşqçisinin adı bəlli olub.

Sportinfo.az xəbər verir ki, "Tottenhem"in çalışdırıcısı Ange Postekoqlu ötən ay həmkarlarını səsvermədə qabaqlayıb.

Ötən ay avstraliyalı mütəxəssisin rəhbərlik etdiyi kollektiv üç matçdan 7 xal qazanıb. London təmsilçisi "Mançester Yunayted" və "Bornmut"u (2:0) məğlub edib, “Brentford”la heç-heçə (2:2) oynayıb.

58 yaşlı məşqçi ötən mövsüm "Seltik"i çalışdırıb və 2023-cü il yanvarda "Tottenhem"ə keçib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR