“Arsenal” yarımmüdafiəçisi Martin Odeqarla müqaviləni uzatmaq üzərində işləməyə davam edir.
Sportinfo.az xəbər verir ki, İngiltərə klubu norveçli futbolçuya 2028-ci ilə qədər nəzərdə tutulan yeni müqavilə təklif edib.
24 yaşlı futbolçu 2021-ci ilin avqustunda “Real”dan “Arsenal”a keçib. Onun transfer məbləği 35 milyon avro olub. Futbolçunun klubla hazırki müqaviləsi 2025-ci ilin yayına qədər nəzərdə tutulub.
Odeqard bu mövsüm dörd oyun keçirib və iki qol vurub.

